...

Prezident İlham Əliyev: Azərbaycanda Rusiya İli çox uğurla keçdi

Siyasət Materials 4 Dekabr 2006 17:32 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanda Rusiya İli çox uğurla keçdi

Azərbaycanda Rusiya İli çox uğurla keçdi və ölkələrimizi daha da yaxınlaşdırdı. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Rusiyanın baş naziri Mixail Fradkovu qəbul edərkən bildirib.

Dövlət başçısının sözlərinə görə, ötən il ölkələrə əməkdaşlığın inkişafını daha yaxşı qiymətləndirmək imkanı verib. İ.Əliyev iqtisadi və ticarət əlaqələrinin inkişafını qeyd edib və bildirib ki, iki ölkə arasında əmtəə dövriyyəsi sürətlə artır və demək olar ki, 2 dəfə artıb.

Prezident vurğulayıb ki, Azərbaycanda Rusiya İli başa çatır, lakin başqa formatda davam edəcək, müsbət Azərbaycan-Rusiya əməkdaşlığı isə getdikcə artacaq.

Xəbər lenti

Xəbər lenti