...

Milli Məclisin deputatları Parisə yola düşüblər

Siyasət Materials 11 Dekabr 2006 13:10 (UTC +04:00)

Dekabrın 11-dən 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq, Miqrasiya, qaçqınlar və məskunlaşma, Qadınlar və kişilər üçün bərabər imkanlar komitələrinin iclasları keçirilir. Trend in məlumatına görə tədbirlərdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Aydın Mirzəzadə, Elmira Axundova və Aydın Abbasov iştirak edəcəklər.

İclaslarda Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti, miqrant axınlarının idarə olunması, Cənubi Qafqazda itkin düşmüş şəxslər və qadınların vəziyyəti, Avropada insan haqları və demokratiyanın durumu, Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsi, faktaraşdırıcı səfərlərin nəticələri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti