...

Azərbaycan səfiri ABŞ prezidentinə etimadnaməsini təqdim edib

Siyasət Materials 12 Dekabr 2006 15:17 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev öz təyinatı barədə etimadnaməni ABŞ prezidenti Corc Buşa təqdim edib. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat mərkəzindən xəbər veriblər.

Görüşdə prezident C.Buş iki ölkə arasında mövcud olan dostluq əlaqələrini yüksək qiymətləndirib, Azərbaycanı ABŞ-ın etibarlı tərəfdaşı adlandırıb.

Etimadnaməni ABŞ prezidentinə təqdim edərkən səfir bildirib ki, suveren Azərbaycanın qurulmasında və inkişafında həmişə işdə öz dəstəyini əsirgəməyən ABŞ-la əməkdaşlığa Azərbaycan böyük önəm verir. Y.Əliyev əminliyini bildrib ki, ABŞ ATƏT-in Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri kimi münaqişənin ədalətli və uzunmüddətli həlli yolunda əlindən gələni edəcək.

Etimadnamələrin təqdimedilmə mərasimində ABŞ-a təyin olunmuş daha 9 səfir, Ağ Evin protokol idarəsinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti