...

Azərbaycan prezidenti İsveçrə prezidentini təbrik edib

Siyasət Materials 15 Dekabr 2006 18:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İsveçrə prezidenti Mişelin Kalmi-Reyi dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Bu barədə Trend xəbər verir. "Azərbaycan İsveçrə ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir", - deyə ölkə başçısı məktubunda bildirib. Dövlət başçısı Azərbaycanla İsveçrə arasında ikitərəfli əlaqələrin ümumi maraqlara uyğun olaraq dostluq və əməkdaşlıq yönümündə inkişafına ümidini ifadə edib.

Xəbər lenti

Xəbər lenti