...

Parlamentin komissiya sədri: "Demokratik cəmiyyətdə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyulması müsbət hal deyil"

Siyasət Materials 18 Dekabr 2006 16:53 (UTC +04:00)

Azərbaycanda demokratik inkişaf təmin etmək üçün ölkə Konstitusiyasında
bir sıra dəyişikliklər edilməsinə ehtiyac var.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, deputat Hadı Rəcəbli bildirib. "Ölkənin ali qanununda bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən məhdudiyyətlər aradan qaldırılmalıdır. Bununla bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən məhdudiyyətlər ləğv edilmiş olar. Belə olan halda bir vətəndaşın neçə dəfə prezident seçilməsini xalq müəyyən edəcək. Xalq nə qədər səs verərsə, prezident də o qədər işləyər" - deyə komissiya sədri bildirib.

Hadı Rəcəbli əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev cavan və yüksək potensiala malik siyasətçidir. "Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişafı üçün xeyli iş görüb. İlham Əliyev üçüncü dəfə prezident seçilsə, başladığı işi davam etdirə bilər."

Onun fikrincə, demokratik cəmiyyətdə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyulması müsbət hal deyil.

Xəbər lenti

Xəbər lenti