...

İordaniya Azərbaycanda səfirlik açacaq

Siyasət Materials 18 Dekabr 2006 17:31 (UTC +04:00)
İordaniya Azərbaycanda səfirlik açacaq

Yaxın vaxtlarda İordaniya Azərbaycanda səfirlik açacaq. Bu barədə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi bu niyyətlə çıxış edib və bu niyyət artıq Azərbaycan tərəfinin diqqətinə çatdırılıb. İordaniya hökümətində artıq Azərbaycanda diplomatik nümayəndəliyin açılışı üzrə işlərə başlanılıb. Hökümətdə hesab edirlər ki, səfirliyin açılması ikitərəfli əməkdaşlığın daha da inkişaf etməsinə yardım edəcək.

Xatırladaq ki, Azərbaycan İordaniyadakı səfirliyini bu il açıb və E.Araslı Azərbaycanın bu ölkədəki birinci səfiridir.

Xəbər lenti

Xəbər lenti