...

ABŞ dövlət katibinin köməkçisi bildirir ki, Azərbaycan Birləşmiş Ştatların sədaqətli dostudur

Siyasət Materials 19 Dekabr 2006 12:55 (UTC +04:00)

Azərbaycan ABŞ-ın sədaqətli dostudur. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Dillər Universitetinin tələbələri qarşısında çıxış edərkən ABŞ-ın demokratiya, insan haqları və əmək məsələləri üzrə dövlət katibinin köməkçisi Barri Louinkron bildirib. O əlavə edib ki, dünyada şəxsi və siyasi azadlıqlara tələbat artır. Azərbaycan bu istiqamətin ayrılmaz bir hissəsidir. Dövlətin inkişafı və sabitlik bütün dünya ölkələrində demokratik hakimiyyətin mövcud olmasında vacibdir.

B. Louinkron əlavə edib ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq mütəşəkkil formada davam edir. İki ölkə arasında bu münasibətlərin daha məhsuldar olması üçün 3 əsas prinsip vacibdir: regional və qlobal yardımın təmin edilməsi, qlobal enerji təhlükəsizliyi və Azərbaycanda demokratiya və azadlığın inkişafının təmin edilməsi.

O qeyd edib ki, bu amilin hər üçü Azəraycan üçün çox vacibdir və eyni mahiyyət kəsb edir. B.Louinkron həmçinin qeyd edib ki, ABŞ-da demokratiya təxminən 2 yüz ildir ki, inkişaf edir, lakin onun tam kamilləşdiyini demək olmaz. Mövcud qüsurlar hər gün aradan qaldırılır.

Xəbər lenti

Xəbər lenti