...

Bəhreyn Krallığının müdafiə naziri Azərbaycanın müdafiə nazirini ölkəsinə rəsmi səfərə dəvət edib

Siyasət Materials 20 Dekabr 2006 16:42 (UTC +04:00)

Azərbaycanda şəxsi səfərdə olan Bəhreyn Krallığının müdafiə naziri Şeyx Bin Əhməd Əl Xəlifə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşündə onu Bəhreyn Krallığına rəsmi səfərə dəvət edib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

S.Əbiyev qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət və Azərbaycanın Ermənistanla müharibə şəraitində olması barədə məlumat verib. Azərbaycanın iqtisadi inkişafı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası haqqında söhbət açıb.

S.Əbiyev qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri haqqında da məlumat verib. O bildirib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə onun Silahlı Qüvvələri də möhkəmlənir və ordu müasir silah, sursat, hərbi texnika ilə təchiz olunmaqla gücləndirilir.

Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə isə öz növbəsində iki ölkə arasında davam edən hərbi əməkdaşlıq məsələsinə toxunub və bu əməkdaşlığın səmərəli inkişafından məmnun olduğunu vurğulayıb.

Sonra tərəflər Cənubi Qafqaz və Yaxın Şərq regionlarında mövcud olan hərbi-siyasi vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti