...

Prezident İlham Əliyev: Dağlıq Qarabağ müstəqillik əldə etməyəcək

Siyasət Materials 21 Dekabr 2006 16:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Dağlıq Qarabağ müstəqillik əldə etməyəcək

Biz əminik ki, Ermənistan ATƏT-in Minsk qrupunun son təkliflərinə razılıq verəcək. Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə dekabrın 21-də Naxçıvanda Azərbaycan prezidenti İlham Əliyev NMR Ali Məclisində keçirilən müşavirədə çıxış edərkən bildirib.

"Ermənistanda bugünkü vəziyyəti nəzərə alaraq, erməni rəhbərliyi nin son bəyanatları çox maraqlı və gülməlidir", - deyə prezident bildirib və əlavə edib ki, bəzən onlar provokasiya və yalan xarakteri daşıyır. İlham Əliyev vurğulayıb ki, Qarabağ müstəqillik əldə etməyəcək.

Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında inkişaf sahəsində çox böyük fərq var və Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi ermənilərdən 6 dəfə çoxdur, gələcəkdə isə 10 dəfə çox olacaq. Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 7 dəfə çoxdur, Azərbaycanın hərbi büdcəsi isə Ermənistanın bütün büdcəsinə bərabərdir.

Dövlət başçısının qeyd etdiyi kimi, "təkliflərimizdə" erməni maraqlarını nəzərə almaq hələ gec deyil. Onun sözlərinə görə, Dağlıq Qarabağ muxtariyyət əldə edə bilər, lakin gələcəkdə bu da olmaya bilər.

İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağda qanunsuz konstitusiya "referendum"u Ermənistanı pis vəziyyətə qoyub, belə ki, bütün dünya onun keçirilməsini pisləyib.

Xəbər lenti

Xəbər lenti