...

Milli Məclis "Dərman vasitələri haqqında" qanun qəbul edib

Siyasət Materials 22 Dekabr 2006 14:14 (UTC +04:00)

Milli Məclisin dekabrın 22-də keçirilən iclasında "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanununu qəbul edilib. Trend in məlumatına görə, qanunla bağlı Milli Məclisin sosial siyasət daimi komissiyasının sədr müavini, deputat Musa Quliyev məlumat verib.

O bildirib ki, qanun layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər nəzarə alınıb və tibb mütəxəssisləri ilə müzakirə olunub.

Həyata keçirilən dəyişikliyə əsasən, dərman vasitələrinin istehsalı ilə məşğul olacaq müəssisələr icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınacaq və dərman vasitələrinin dövlət reyestri aparılacaq. "Bütün dərman vasitələrinin təyinatı Azərbaycan dilində yazılmalıdı. Eyni zamanda dərman vasitələrini istehsal edən şəxslərin hüquqi ünvanı mütləq göstərilməlidir", -deyə M.Quliyev bildirib. Saxta dərman istehsal edən şəxslərə qarşı da ciddi cəza tədbirləri görüləcək. M.Quliyev vurğulayıb ki, saxta dərman vasitələri istehsal etməkdə şübhəli bilinən şəxslər Mülki İnzibati Cinayət Məcələsinə əsasən cəzalandırılacaqlar: "Belə şəxslərə hansı cəzanın veriləcəyi, cərimələrin miqdarı, həbs cəzasının müddəti qanun güvvəyə minəndən sonra müəyyənləşəcək".

Deputatların fikirləri dinlənilikdən sonra, qanun layihəsi qəbul edilib.

Xəbər lenti

Xəbər lenti