...

Azərbaycanda əmək müqaviləsi bağlamadan işə götürənlərə qarşı mübarizə güclənəcək

Siyasət Materials 22 Dekabr 2006 17:19 (UTC +04:00)
Azərbaycanda əmək müqaviləsi bağlamadan işə götürənlərə qarşı  mübarizə güclənəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək şöbəsi əmək kodeksinə dəyişikliklər layihəsi hazırlayıb.

Şöbənin müdiri Tatyana Babayevanın Trend ə verdiyi xəbərə görə, nazirliyin əmək kodeksinin təkmilləşdirilməsi ilə bağlı çox ciddi planları var. Əmək kodeksinə əlavə və dəyişikliklər barədə ilkin layihə hazırdır. "Yəqin, 2007-ci ilin əvvələrində biz bu layihəni müzakirə üçün Nazirlər Kabinetinə təqdim edəcəyik. Məzuniyyətlərin verilməsi praktikasını tənzimləmək istəyirik. Biz əmək müqavilələrinin bağlanmaması qarşısında maneələr yaratmağa, iş yerləri təklif edənlərin daimi əmək müqaviləsindən müvəqqəti əmək müqaviləsinə keçməkdə imkanlarını məhdudlaşdırmağa cəhd edirik. Bu ağrılı mövzudur və biz bu prolemin həlli metodlarını fikirləşmişik. Hələlik mən onları açıqlaya bilmərəm"- deyə T. Babayeva əlavə dib.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi əmək qanunvericiliyi siyasəti ilə, əmək kodeksinin icrasını təmin edən normativ-hüquqi aktların hazırlanması ilə məşğul olur. "Bizim nazirlik tərəfindən 9 ay ərzində iş yerləri verənlər haqqında 1226 iş qaldırılıb ki, 345 iş hüquqi şəxslərə, 881-i fiziki şəxslərə aiddir. Əksərən onlar mağaza sahibləridir. Göstərilən müddət ərzində biz qanunları pozanları 174,3 min yeni manat məbləğində cərimə etmişik. Bizim nazirliyin operativ tədbirləri nəticəsində 3115 əmək müqaviləsi bağlanıb"-deyə T. Babayeva sözlərinə yekun vurub.

Xəbər lenti

Xəbər lenti