...

Dörd il geridə və çox illər irəlidədir

Siyasət Materials 25 Dekabr 2006 10:52 (UTC +04:00)
Dörd il geridə və çox illər irəlidədir

Nümunəvi şəkildə təşkil olunmuş dünya çempionatı, Dünya Kuboku uğrunda uğurla keçirilmiş mərhələ yarışları və nəhayət, növbəti nailiyyət - gələn il bədii gimnastika üzrə Avropa çempionatına hazırlıq Azərbaycan Gimnastika Federasiyasının apofeozunu təşkil edir.

2002-ci ilin oktyabr ayında Mehriban xanım Əliyeva ölkənin Gimastika Federasiyasının prezidenti seçildikdən sonra idmanın gimnastika növlərinin inkişafının kompleks strategiyası hazırlandı. Bu strategiya iki məqsədə ayrılırdı: gimnastika ölkədə məşhur bir idman növünə çevrilməli, ikinci, beynəlxalq əməkdaşlıq sistemi yaradılmalı.

Bu gün ötən 4 ili təhlil edərkən demək mümkündür ki, bu qısa müddət ərzində Azərbaycan gimnastikasına münasibət həm ölkə hüdudlarında, həm də dünyada köklü şəkildə dəyişib. Federasiya faktiki olaraq yalnız kağız üzərində mövcud olan bir qurumdan daim fəaliyyət göstərən, səlahiyyətli və effektli bir qərargaha çevrilib.

Bədii, idman və akrobatik gimnastikanın, eləcə də tamblinqin inkişafı, məşhurlaşması və ictimaiyyətin gündəlik həyatına daxil olması üçün çoxplanlı işə rəhbərlik etməklə Federasiya gimnastikamızın gələcəyinin təmin edilməsi üçün dəqiq xətt işləyə bilib. Və ölkənin daxilində köklü şəkildə dəyişilmiş şərait əsasında beynəlxalq yarışlar təqviminə cəsarətlə müdaxilə etmək, Bakıda yüksək səviyyəli rəsmi görüşlərin keçirilməsi kimi məsələləri qaldırmaq imkanı yaranıb.

İlk müjdə 2003-cü ilin avqust ayında bədii gimnastika üzrə Dünya Kuboku olub. Yarış yüksək səviyyədə keçdi, bütün fəxri qonaqalar və idmançılar Azərbaycanı unudulmaz təəssüratlara tərk etdilər. Bu turinir bir neçə səbəbdən vacib idi.

Birincisi, Azərbaycan gimnastika tarixində yeni səhifə açan 17 yaşlı Dinara Gimatova kimi yeni bir ulduz parladı. Onun Beynəlxalq Gimnastika Federasiyasının lap əzəldən rəsmi sponsoru - dünya şöhrətli "Longines" şirkətinin "gözəllik elçiləri"ndən biri seçilməsi heç təsadüfi deyil.

İkincisi, Azərbaycanda gimnastika üzrə beynəlxalq yarışın lazımi səviyyədə təşkili və keçirilməsi faktı qeyd olundu. Nəticədə 2004 və 2005-ci illərdə Bakıda Dünya Kubokunun növbəti iki mərhələsinin keçirilməsi qərara alındı.

Nəhayət, üçünçüsü, Azərbaycanın idman ictimaiyyətinə idmanın ən gözəl və cazibədar növlərindən biri üzrə yarışların şahidi olmaq imkanı yarandı, nəticədə isə bədii gimnastika ilə müşğül olmaq istəyənlərin axını başlandı.

Bakıya ilk səfəri zamanı Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi bildirib: "Mən Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti ilə yaxından tanış oldum. Qısa müddət ərzində bu sahədə görülən işlər məni heyrətə gətirib. Mən şadam ki, Federasiyaya qarşıya qoyulmuş məqsədlərin realizəsinə nail olmuş bu qədər ciddi və tələbkar prezident rəhbərlik edir".

Milli Federasiyanın uğurlu fəaliyyəti idman qələbələri ilə də möhkəmlənib. Bizim idmançılar beynəlxalq turnirlərin, Qran-prilərin və Dünya Kuboku mərhələlərinin qalibləri və mükafatçıları olub, Avropa və Dünya çempionatlarında uğurla iştirak edib və ölkənin bədii gimnastika tarixində ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak ediblər.

Rusiyanın tanınmış məşqçisi İrina Vinerin hazırladığı Dinara Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlının yüksək ustalığı sayəsində Azərbaycan həm Avropa, həm də dünyada 5 yerə layiq görülüb. Qısa müddət ərzində bədii gimnastika üzrə komanda yaratmaq mümkün olub ki, bu komanda ilə bütün dünya üzrə güclülər hesablaşmağa məcburdur.

Azərbaycanın regionlarında gimnastikanın inkişaf etdirilməsi - Federasiyanın işinin daha bir aktual istiqamətidir. Bu istiqamətdə yorulmadan aparılan iş ona səbəb olub ki, respublika yarışlarına Gəncə, Dəvəçi və Sumqayıtdan idmançılar qoşulub və ölkədaxili çempionata böyük maraq yaranıb.

Ötən dövr ərzində qazanılmış bu irəliləyiş böyük bir nəticədir. Bu gün Azərbaycanda yeni nəsil böyüyür, istedadlı idmançılar yetişir. Mütəmadi olaraq onlar üçün Azərbaycanda, eləcə də xaricdə təlim-məşq toplanışları, yarış-görüşlər keçirilir, həmçinin məşqçi və hakimlərin də ixtisasları artırılır. Birgə məşqlər keçirilməsi üçün Bakıya Rusiya, Türkiyə və Yaponiyadan gimnastlar gəlir, Bakı gimnastika məktəbinin təmiri tam sürətlə davam etdirilir.

Eyni zamanda etiraf etmək lazımdır ki, gimnastikanın bugünkü vəziyyəti müəyyən uğurlarla müşayiət olunsa da, ümumilikdə bununla qane olmaq olmaz.

Federasiyanın prezidenti Mehriban xanım Əliyeva bildirib: "Mən əminəm ki, Bakıda tikintisi planlaşdırılan gimnastika kompleksi yüksək səviyyəli gimnastların hazırlanması üzrə bütün işin əsasını təşkil edir. Bu, ən son idman texnikası ilə təchiz edilmiş bir kompleks olacaq. Düşünürəm ki, əsas vəzifələrdən biri də müasir məşq metodikasının öyrənilməsidir. Məhz bu, yüksək nəticələr əldə etməyə imkan verir".

Bədii gimnastika üzrə Dünya Çempionatının Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edən bir hadisədir. Yarışlar böyük beynəlxalq mətbuat kütləsini əhatə edirdi, yarışların təşkili isə həm ölkə daxilində, həm də xaricdə ən müsbət rəylər qazanıb. Planetin ən nüfuzlu gimnastları, Olimpiya oyunlarının, Avropa və dünya birinciliklərinin qalibləri və mükafatçıları Bakıda toplaşmışdı.

Çempionat günlərində ölkədə gimnastikanın inkişafına qiyməti Azərbaycan prezidenti İlham Əliyev verib. Beynəlxalq Federasiyanın rəhbərliyini qəbul edərək o bildirib: "Bədii gimnastika üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsinə görə minnətdaram. Ölkədə bu çempionata böyük maraq var. Bizim ölkədə ilk dəfə olaraq idmanın olimpiya növü üzrə dünya çempionatı keçirilir. İdman Azərbaycanda çox uğurla inkiaşf edir. Ümid edirəm ki, gələcəkdə bizim ölkədə daha çox beynəlxalq yarışlar keçiriləcək".

Hazırda Bakı Avropa Çempionatını keçirmək hüququnu qazanıb. Avropa Gimnastika İttifaqının nümayəndələri xüsusi ilə vurğulayıblar ki, Azərbaycan təsadüfən seçilməyib, halbuki Ukrayna, İspaniya və Türkiyə kimi dünya tərəfindən qəbul olunmuş idman ölkələri də namizd kimi iştirak edirdi. Bununla belə, faktiki olaraq etiraf edilib ki, Bakı - Avropanın bədii gimnastika mərkəzlərindən biridir.

Azərbaycan Gimnastika Federasiyası əvvəlki kimi yenə məqsədyönlü şəkildə işləyəcək, milli gimnastikaya inkişafı üçün lazım olan bütün şərtləri - idmançılar, məşqçilər yetişdirilməsini, hakimlərin ixtisasının artırılmasını, gənclər arasında gimnastikanın daha da gücləndirilməsini, beynəlxalq sturkturlarla əlaqələri möhkəmləndirərək müxtəlif yarışların keçirilməsini və s. şərtləri təmin edəcək. Bu, yalnız ölkədə gimnastikanın yüksək inkişaf səviyyəsinə çatmağın məntiqi nəticəsi ola bilər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti

Xəbər lenti

Xəbər lenti