...

Gələn ilin yanvarında Göygölə park statusu veriləcək

Siyasət Materials 25 Dekabr 2006 12:24 (UTC +04:00)

Gələn ilin yanvar ayında Göygölə park statusu veriləcək. Bu barədə məlumatı Trendə Göygöl qoruğunun direktoru Bilal Vəliyev verib.

Müsahib bildirib ki, dekabrın 16-17 də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri sonuncu dəfə qoruğun ərazisinə baxış keçirib. Müəyyən olunub ki, parkın salınmasına heç bir maneə yoxdur. Bütün sənədlər və ərazinin xəritəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib. Nazirliyin yaxın günlərdə sənədlərə rəy verəcəyi gözlənilir.

B. Vəliyev onu da qeyd edib ki, hazırda qanuna əsasən, qoruq ərazisində insanların istirahət etməsi qadağandır. "Müxtəlif vaxtlarda buna icazə verilib, bu isə Göygölün çirklənməsinə səbəb olub. Milli Park yaradlıdıqdan sonra parkda gəzmək istyənlər əraziyə xüsusi maşınlarla gətiriləcək, həmçinin turist gəzinti marşurutları təşkil olunacaq. Bu isə çirklənmənin qarşısını alacaq".

Artıq göl istiqamətində cığırlarla marşurutlar hazırlanıb. Ərazidə 16 ədəd mikroavtobus fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti