...

Müdafiə Nazirliyi: Qazaxdakı N saylı hərbi hissənin əsgərinin hansı şəraitdə əsir duşməsini o əsirlikdən qayıdandan sonra dəqiqləşdirmək mümkündür

Siyasət Materials 26 Dekabr 2006 11:55 (UTC +04:00)

Dekabrın 24-də Qazaxdakı N saylı hərbi hissənin əsgəri Samir Nazim oğlu Məmmədovun hansı şəraitdə əsir duşməsini o əsirlikdən qayıdandan sonra dəqiqləşdirmək mümkündür. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

İ.Verdiyev bildirib ki, əsgər Samir Məmmədov 1 il əvvəl Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

İ.Verdiyev əsgərin Azərbaycan tərəfə qaytarılması istiqamətində erməni hərbçiləri ilə danışıqlar aparıldığını vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin də danışıqlarda iştirak etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti