...

Azərbaycan və Rusiya elektrik enerjisi tədarükü ilə bağlı razılığa gəliblər

Siyasət Materials 29 Dekabr 2006 19:40 (UTC +04:00)

"Azərenerji" Səhmdar Cəmiyyəti və "EES Rossi" RSC gələn il Azərbaycana elektrik enerjisi tədarükü ilə bağlı müqavilənin imzalanması barədə razılıq əldə ediblər. Bu barədə Trend ə "Azərenerji"inin vitse-prezidenti Marlen Əsgərov xəbər verib.

Onun sözlərinə görə, razılığa görə, Azərbaycanda elektrik enerjisi qıtlığı yaranan qaynar saatlarda (axşam saat beşdə), Rusiya tərəfi Azərbaycana 200-250MVt gücündə elektrik enerjisi verəcək.

Hazırda elektrik enerjisinin dəyəri razılaşdırılır. M. Əsgərovun qeyd etdiyi kimi, tərəflər arasında razılaşdırma şərtləri kifayət qədər qəbulolunandır. Bununla belə Azərbaycan tərəfidən Rusiyaya elektrik enerjisinin satış qiyməti bu illə müqayisədə arta bilər.

"Azərenerji" SC-nin prezidenti Etibar Piriyevin qeyd etdiyi kimi Azərbaycan 2007-ci ildə Rusiyadan 700 mln. kVt\s elektrik enerjisi almaq niyyətindədir. Əvvəllər Rusiya tərəfi Azərbaycana elektrik enerjisi tədarükü həcminin azalacağını bəyan edib. Əgər əvvəllər qış dövründə axşam, qaynar saatlarda elektrik enerjisinin tədarükü 300 MVt-a yaxın idisə, gələn il, bu göstərici 60 MVt-ı aşmamalı idi. Əgər Rusiya tərəfi hər ay 100 kVT\s elektrik enerjisi tədarük edirdisə, gələn il bu həcm ayda 30 kVt\s-a enməli idi. Bundan əlavə Rusiya elektrik enerjisinə qoyulmuş tariflərin 1 kVt/s-a 4,1 sentə qədər qaldırılması müraciəti ilə çıxış edib. Bu ilin sonunadək Azərbaycan Rusiyaya axşam saatlarında 1 kV\s-a 1,6 sent qiymətilə 350 mln kVt\s həcmində enerji satacaq. Öz növbəsində Rusiya tərəfi Azərbaycana gündüz saatlarında 1 kVt\s-a 3,636 sent qiymətilə 1 mlrd kVt\s tədarük edəcək. Ötən il ərzində Rusiyadan Azərbaycana 1 mlrd 0,33 kVt\s elektrik enerjisi tədarük olunub. Tədarüklər 1 kVt\s-a 2,8 sent qiymətilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti