...

Müsavat Partiyası Mərkəzi İcra Aparatının yaradılması ilə bağlı Əsasnamə təsdiq edilib

Siyasət Materials 8 Yanvar 2007 17:52 (UTC +04:00)

Bu gün - yanvarın 8-də Müsavat Partiyası Divanının növbəti toplantısı olub. Bu barədə Trend ə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

O bildirib ki, toplantıda partiyanın Mərkəzi İcra Aparatının yaradılması ilə bağlı Əsasnamə təsdiq edilib. Həmçinin xaricdə yaşayan müsavatçıların fəaliyyətini tənzimləyən əsasnamə layihəsi təsdiq olunub. Bundan başqa toplantıda ölkədəki ictimai-siyasi və sosial-iqtisadi durum müzakirə olunub.

A.Hacılı onu da deyib ki, partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Əlövsət Talışxanlının "Yeni Müsavat" qəzetinə qarşı səsləndirdiyi ittihamlara görə qəzetdən üzr istəməsi tələbi qoyulub. Divanın toplantısında Ə.Talışxanlının hələ də bu tələbi yerinə yetirməməsi məsələsi müzakirə olunub. Onun Divanın gələn iclasına çağırılması və özünün iştirakı ilə bu problemin müzakirəyə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti