...

Səfir: Azərbaycan XİN rəhbəri Küveytdə yüksək səviyyədə danışıqlar keçirəcək

Siyasət Materials 10 Yanvar 2007 13:03 (UTC +04:00)
Səfir: Azərbaycan XİN rəhbəri Küveytdə yüksək səviyyədə danışıqlar keçirəcək

Azərbaycanın Küveytdəki səfirliyi XİN rəhbəri Elmar Məmmədyarovun yanvarın 20-21-də Küveytə nəzərdə tutulan rəsmi səfərinin hazırlığına başlayıb. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev bildirib.

Diplomat qeyd edib ki, hazırda XİN rəhbərinin görüşlərinin proqramı və gündəliyi hazırlanır. Azərbaycan XİN rəhbərinin görüşləri yüksək səviyyədə keçirməsi gözlənilir, xüsusən baş nazirin Şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əl-Sabah, Milli Məclis sədri Casem Məhəmməd əl-Harafi, ölkənin müxtəlif nazirlik və hökumət idarələrinin rəhbərləri ilə görüşləri planlaşdırılır.

Danışıqlarda əsas mövzu bir çox sahələrdə ikitərəfli əməkdaşlığın pesrpektivləri olacaq. tərəflər energetika, iqtisadiyyat, mədəniyyət və humanitar sahələr kimi sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirəcəklər. Səfir qeyd edib ki, Küveyt Xarici İşlər Nazirliyində danışıqlar sonunda xarici işlər nazirlikləriarası konsultasiya barədə Protokol imzalanması gözlənilir.

Ş.Abdullayev bildirib ki, bu, Azərbaycan XİN rəhbərinin Küveytə ilk rəsmi səfəridir. Ümumilikdə diplomat Azərbaycan-Küveyt münasibətlərində keçən ili müsbət qiymətləndirib. Belə ki, məhz 2006-cı ildə hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb, hər iki ölkənin rəsmi şəxslərinin qarşılıqı səfərləri həyata keçirilib. Səfir əminliyini bildirib ki, bu il də bu münasibətlər uğurla inkişaf etdiriləcək.

Xəbər lenti

Xəbər lenti