...

Milli Məclisin komissiya sədri: "Ünvanlı sosial yardımların verilməsi qaydalarında dəyişiklik edilməsi bürokratik əngəlləri aradan qaldıracaq"

Siyasət Materials 11 Yanvar 2007 16:48 (UTC +04:00)
Milli Məclisin komissiya sədri: "Ünvanlı sosial yardımların verilməsi qaydalarında dəyişiklik edilməsi bürokratik əngəlləri aradan qaldıracaq"

"Əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımların verilməsi qaydalarında dəyişikliklər ediləcək və artıq bu dəyişikliklər hazırdır." Bu barədə Trend ə açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli bildirib.

Millət vəkili deyib ki, yeni qaydalar 2007-ci ilin əvvəllərindən qüvvəyə minməlidir. Onun sözlərinə görə, qanunla yoxsulluq həddinin müəyyənləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb və bununla bağlı Nazirlər Kabinetinin direktiv sənədləri olub. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə icra mexanizmi müəyyənləşdirilib.

"Ola bilsin ki, Nazirlər Kabinetinin direktiv sənədlərində də dəyişiklik edilsin. Burada söhbət bürokratik əngəllərin aradan qaldırılmasından gedir",- deyə Hadı Rəcəbli bildirib.

Komissiya sədri vurğulayıb ki, əgər ehtiyac yaranarsa parlament aztəminatlı ailələrə ünvanlı sosial yardımların veriləsi haqqında qanuna dəyişiklik edə bilər.

Xəbər lenti

Xəbər lenti