...

MSK bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik etdi

Siyasət Materials 15 Yanvar 2007 18:00 (UTC +04:00)

Bu il yanvarın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) ilk iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-nın 25 oktyabr və 30 oktyabr 2006-cı il tarixli iclas protokolları təsdiq edilib, bir sıra seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

9 saylı Binəqədi ikinci, Əzizbəyov birinci, 19 saylı Nərimanov birinci, 52 saylı Quba, 116 saylı Qəbələ seçki dairələrindən bəzi üzlərin könüllü şəkildə bu vəzifədən azad olunmaları barədə müraciətlərinə baxılıb. Müraciətlər qəbul edilib və onlar dairə seçki komissiyası üzvlüyündən azad olunublar. MSK sədrinin müavini Svetlana Qasımova, Komissiyanın katibi Natiq Məmmədov və üzvü Rövşən İsmayılovun təqdimatı əsasında 13 saylı Əzizbəyov birinci seçki dairəsinə 2 nəfər, 54 saylı Dəvəçi-Siyəzən dairəsinə 6 nəfər, 61 saylı Neftçala dairəsinə 1 nəfərin üzvlüyü təsdiq edilib.

İclasda MSK sədri Məzahir Pənahov komissiyanın yeni üzvlərinə - Akif Qurbanov, Almaz Qəhrəmanlı və Oqtay Hümbətliyə üzvlük vəsiqələrini təqdim etdi. Qeyd edək ki, onlar MSK-da bu gündən fəaliyyətə başlayıblar.

Xəbər lenti

Xəbər lenti