...

Azərbaycan tərəfi Leo Platvoetin məruzəsinin son variantı ilə tanış deyil

Siyasət Materials 15 Yanvar 2007 18:56 (UTC +04:00)
Azərbaycan tərəfi Leo Platvoetin məruzəsinin son variantı ilə tanış deyil

Azərbaycan tərəfi hələlik Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Cənubi Qafqazda itkin düşən, əsir və girov götürülən şəxslərlə bağlı məruzəçisi Leo Platvoetin məruzəsinin son variantı ilə tanış olmayıb. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. "Ona görə də Leo Platvoetin məruzəsinin son variantının bizi qane edib-etmədiyi haqqında indi hansısa fikir söyləmək çətindir", - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, yaxın günlərdə məruzə ilə tanış ola biləcəklər.

Onu da qeyd edək ki, Leo Platvoetin hazırladığı sənədin ilkin variantı rəsmi Bakını qane etmirdi.

A.Mirzəzadə deyib ki, sənəd AŞ PA-nın Miqrasiya, qaçqınlar və məskunlaşma Komitəsinin iclasında sonuncu dəfə müzakirə olunan üç irad bildirib. Lakin məruzəçinin bu iradları hansı səviyyədə nəzərə aldığı məlum deyil.

Nümayəndə heyətinin üzvü əlavə edib ki, AŞ PA-nın qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məskunlaşma Komitəsinin iclası keçiriləcək və məruzə orada bir daha müzakirə olunacaq: "Biz orada öz sözümüzü deyəcəyik."

Xəbər lenti

Xəbər lenti