...

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr barədə protokol imzalanacaq

Siyasət Materials 16 Yanvar 2007 13:58 (UTC +04:00)
Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr barədə protokol imzalanacaq

Azərbaycan və Küveyt xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr barədə protokol imzalanacaq. Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev eksklüziv olaraq Trend ə bildirib ki, sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun yanvarın 20-21-də Küveytə rəsmi səfəri çərçivəsində imzalanacaq.

Diplomat bildirib ki, hazırda nazirlərin görüşünün proqram və gündəliyi hazırlanır. Azərbaycan xarici işlər idarəsi rəhbərinin görüşləri yüksək səviyyədə aparacağı gözlənilir, xüsusən baş nazir Şeyx Nasir əl-Məhəmməd əl-Sabah, Milli Məclis sədri Casem Məhəmməd əl-Xarafi, ölkənin digər nazirlik və idarə rəhbərləri ilə görüşəcəyi planlaşdırılıb.

Danışıqların əsas mövzusunu bir çox sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri təşkil edəcək. Tərəflər energetika, iqtisadiyyat, mədəniyyət və humanitar kimi sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti