...

Naxçıvan şəhərində yeni inzibati obyektlər istifadəyə verilib

Siyasət Materials 16 Yanvar 2007 15:08 (UTC +04:00)

Naxçıvan şəhərində yeni inzibati obyektlər istifadəyə verilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, hər iki obyektin-Naxçıvan şəhər Elektrik Şəbəkəsinin və Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin inzibati binasının açılışında Ali Məclis Sədri Vasif Talıbov iştirak edib.

Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin açılışında çıxış edən Naxçıvan MR Ali Məclisi Sədri energetika sahəsində görülən işlərdən danışıb, yaradılan şəraitdən düzgün istifadə edilməsi, regionun elektrik ererjisi ilə davamlı təmin olunması tədbirlərinin bundan sonra da davam etməsi üçün tapşırıqlar verib.

Qeyd edək ki, bina normal iş şəraiti lə təmin olunub, 19 iş otağı, kompüter mərkəzi, laboratoriya, geniş iclas zalı təşkil olunub. Qəza briqadasının operativ hərəkətini təmin etmək üçün elektrik şəbəkəsinə "QAZel" markalı avtomaşın təqdim edilib.

Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin inzibati binasının açılışında da Ali Məclis Sədri yaradılan iş şəraiti ilə maraqlanıb, qaz sayğaclarının yoxlanılması üçün istifadə olunan qurğunun iş prinsipi ilə tanış olub. Naxçıvan MR Ali Məclis Sədri laboratoriyiya yeni avadanlıqların alınıb gətirilməsi üçün tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti