...

Respublikaçılar institutu Lənkəranda seminar keçirir

Siyasət Materials 16 Yanvar 2007 19:44 (UTC +04:00)

Yanvarın 22-25-də Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisi Lənkəranda "liderlik, təşkilati tikinti və lobbi" adı altında konfrans keçirir. Bu barədə Trend ə İnstitutun proqram məsələləri üzrə nümayəndəsi Təbib Hüseynov məlumat verib.

O, qeyd edib ki, konfransda İmişlidən, Sabirabaddan, Saatlıdan və Lənkərandan 50-yə yaxın gənclərin təmsilçisi iştirak edəcək. Hər rayondan 10 iştirakçı dəvət olunacaq. Tədbir yerli özünüidarətemə orqanlarına həsr olunacaq.

İnstitutu tədbirdə Bakı ofisinin rəhbəri Dallas Frorin təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti