...

Səfir: Rusiyada Azərbaycan vətəndaşları ilə bağlı fövqəladə hallar qeydə alınmayıb

Siyasət Materials 17 Yanvar 2007 16:09 (UTC +04:00)
Səfir:  Rusiyada Azərbaycan vətəndaşları ilə bağlı fövqəladə hallar qeydə alınmayıb

Rusiyaya miqrasiya axınının tənzimlənməsinin yeni qaydalarının tətbiqi ilə əlaqədar Azərbaycan vətəndaşları ilə bağlı fövqəladə hallar qeydə alınmayıb. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

O qeyd edib ki, səfirliyə heç kəs müraciət etməyib, bütün qaydalar elan edilib və Rusiyanın hər bir sakini bundan xəbərlar edilib. Səfir hesab edir ki, hələ hansısa nəticələr çıxarmaq tezdir, belə ki, yeni qaydaların tətbiqinə başlnmasından cəmi 2 gün keçib. Onun fikrincə vəziyyət 15 gündən sonra tam aydınlaşacaq.

Səfiri həmçinin qeyd edib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşları vətənə qayıtmaq üçün hələ ki konsulluğa müraciət etməyiblər. O bildirib: "Konsulluq adi rejimdə işləyir, həmişə olduğu kimi təxminən 100-120 adam müraciət edir ki, bu da iş qrafiki ilə bağlıdır".

Xəbər lenti

Xəbər lenti