...

Əli Laricani: "ABŞ-ın İraq, Livan və Əfqanıstanda apardığı strategiya sonsuz və faydasızdır"

Siyasət Materials 18 Yanvar 2007 17:26 (UTC +04:00)

İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani Tehranda İraqın təhlükəsizlik naziri Şervan Iaili ilə görüşüb. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ə. Laricani ABŞ prezidenti Corc Buşun İraqla bağlı son açıqlamaları və strategiyasını bir növ "irəliyə doğru qaçma" adlandırıb: "Amerikalılar keçmişdəki səhvlərini qəbul etmək istəmirlər. Onlar bunu qəbul etməsələr də məsələnin mahiyyəti amerikalıların öz səhvlərini müəyyən mənada başa düşdüklərini göstərir. Onların söylədikləri bəzi sözlər bunu təsdiqləyir".

Ə.Laricani bildirib ki, İraq, Livan və Əfqanıstanda mövcud vəziyyət bunu göstərir ki, amerikalılar özləri etiraf etməsələr də onlar tərəfindən aparılan strategiya sonsuz və faydasızdır.

Laricani, Səudiyyə Ərəbistanına son səfərinə toxunaraq, bu ölkənin dövlət rəsmiləri ilə görüşümdə iki ölkə arasında əməkdaşlığa dair məsələlər barədə araşdırma aparıldığını vurğulayıb. O, Tehran və əl-Riyad arasında iqtisadi məsləhətləşmələrin və əlaqələrin artmasının regionda sabitliyin bərqərar edilməsinə daha çox yardım göstərdiyini deyib.

O, beynəlxalq əməkdaşlığı Səudiyyə Ərəbistan rəsmiləri ilə apardığı müzakirələrin istiqamətlərindən biri adlandırıb.

Xəbər lenti

Xəbər lenti