...

Culfa Gömrük İdarəsi üçün yeni kompleks istifadəyə verilib

Siyasət Materials 19 Yanvar 2007 14:04 (UTC +04:00)

Culfa Gömrük İdarəsi üçün yeni kompleks istifadəyə verilib. Trend in Naxçıvan Bürosunun məlumatına görə açılış mərasimində Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbov, İİR-in Şərqi Azərbaycan Vilayətinin Valisi Məhəmmədkazım Memarzadə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və digər rəsmi şəxslər iştirak edib.

Açılışı bildirən lent kəsildikdən sonra kompleklə tanışlıq olub. Mərasimdə iştirak edənlər vətəndaşların sərhəddən maneəsiz və sürətli keçməsi üçün yaradılan şəraitlə tanış olublar.

Məlumat üçün deyək ki, burada inşa işləri ilə yanaşı yüklərə baxışın həyata keçirilməsi üçün burada 4 ədəd "Rapiskan" tipli rentgen aparatı quraşdırılıb. Bundan əlavə kompleksdə vizual müşahidəni təmin edən videokameralar da tətbiq ediləcək.

Kompleksdə Dövlət Sərhəd Xidməti ilə yanaşı gömrük nəzarət zonasında fəaliyyət göstərən Sanitar-karantin, Fitosanitar və baytarlıq xidmətlərinə inzibati binada və yüklərə yoxlamanın həyata keçirildiyi ərazidə müvafiq şərait yaradılıb, sərhəd ərazilərdə yaşayanların sərhədyanı bazarda mal mübadiləsinin təşkili üçün də infrakstur yaradılaraq müştərək bazar tikilib.

Qeyd edək ki, Culfa Gömrük İdarəsində inzibati bina, sərnişin və yüklərin keçid məntəqəsi sərhədyanı bazarla birlikdə kompleks şəkildə yenidən qurululması ilk dəfə olaraq aparılıb.

Xəbər lenti

Xəbər lenti