...

YAP rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

Siyasət Materials 19 Yanvar 2007 16:53 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi, partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiya üzvü olan dövlət və hökumət nümayəndələri, partiyanın Bakı şəhər təşkilatlarının minlərlə fəalı yanvarın 19-da Şəhidlər Xiyabanını ziyarət ediblər. YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, partiya üzvləri vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş, şəhid övladlarının məzarları üzərinə tər qərənfillər düzüblər.

Yeni Azərbaycan Partiyası adından şəhidlərin xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Qeyd edək ki, YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti