...

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının iş planı təsdiqlənib

Siyasət Materials 23 Yanvar 2007 18:40 (UTC +04:00)

Milli Məclisin aqrar siyasət və hüquq siyasəti və dövlət quruçuluğu daimi komissiyalarının yanvarın 23-də keçirilən birgə iclasında Aqrar siyasət daimi komissiyasının yaz sessiyası üçün iş planı təsdiq olunub. Bu barədə Trend xəbər verir.

Parlamentin Aqrar siyasət daimi komissiyasının sədri, millət vəkili Eldar İbrahimov qeyd edib ki, rəhbərlik etdiyi komissiya Milli Məclisin yaz sessiyasında iki qanun layihəsini müzakirəyə təqdim edəcək. "Bunlardan biri "Atçılıq haqqında" qanun layihəsidir. Bu qanun parlamentin payız sessiyasında birinci oxunuşdan keçib. Hazırda layihə üzərində təkmiləşdirmə işləri aparılır. Müzakirəyə çıxarılacaq ikinici layihə "Azərbaycan Respublikasının dövlət torpaqları haqqında" qanundur. Bundan başqa komissiya qanunvericilik təşəbbüsü ilə prezidentin göndərdiyi layihələri müzakirə edəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, komissiya "Arıçılıq haqqında", "Kənd təsərüfatı məhsulları haqqında" qanun layihələri də hazırlayıb.

Xəbər lenti

Xəbər lenti