...

Azərbaycan prezidenti ATƏT-in MQ həmsədrləri ilə Qarabağ problemini müzakirə edib

Siyasət Materials 24 Yanvar 2007 12:39 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 24-də Bakıda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Görüşdə cari vəziyyətlə bağlı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqların perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri Bakıda bir günlük səfərdədi və yanvarın 24-də günün ikinci yarısında Yerevana yola düşəcəklər.

Xəbər lenti

Xəbər lenti