...

Azərbaycan nümayəndə heyətinin üzvü: "Kosovoya müstəqillik verilməsinin zəruriliyini qeyd edən bənd AŞ PA-nın qərar layihəsindən çıxarılıb"

Siyasət Materials 24 Yanvar 2007 13:12 (UTC +04:00)

"Kosovoya müstəqillik verilməsinin zəruriliyini qeyd edən bənd AŞ PA-nın qərar layihəsindən çıxarılıb". Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ AP) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə Trend ə açıqlamasında bildirib.

Xatırladaq ki, bu gun AŞ PA-nın iclasında Kosovonun gələcək statusu müzakirə olunacaq.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı AŞ PA-da maraqlı vəziyyət yaranıb. "AŞ PA-nın Siyasi İşlər Komitəsində Kosovonun gələcək statusi ilə bağlı qərar layihəsinin ilkin müzakirəsi aparıldı. Qərar layihəsinin 4-cü bəndində sənədin müəllifi olan lord Rassel Conston Kosovoya müstəqillik verilməsinin zəruriliyini qeyd edirdi. Lakin müzakirələr zamanı səs çoxluğu ilə həmin bənd qərar layihəsindən çıxarıldı. Lord Rassel Conston isə bildirdi ki, 4-cü bənd qərar layihəsindən çıxarılandan sonra məsələni müzakirə etməyə ehtiyac yoxdur", - deyə A.Mirzəzadə bildirib.

Millət vəkili deyib ki, Kosovonun müstəqillik əldə etməsinin tərəfdarları o qədər də çox deyil. Çünki hamı başa düşür ki, bu, hansısa zəncirvari proseslərə gətirib çıxara bilər: "Çox maraqlıdır ki, Kosovonun müstəqillik qazanmasının əleyhinə serblər və ruslarla yanaşı ermənilər də çıxdılar. Görünür, onlar bu vəziyyətdə başqa bir qərarın Rusiya üçün hansısa problemlər yaradacağının başa düşdüklərinə görə, bu qərarın əleyhinə səs verdilər."

Xəbər lenti

Xəbər lenti