...

QAT Minsk qrupu həmsədrlərinin bölgəyə turist səfərlərinə son qoymasını tələb edir

Siyasət Materials 24 Yanvar 2007 13:42 (UTC +04:00)

"Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşündən sonra verdikləri açıqlamalar bir daha təsdiq edir ki, bu müzakirələr imitasiya xarakteri daşıyır. Həmsədrlərin regiona səfərləri də eyni məqsədə xidmət edir". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) yanvarn 24-də yaydığı bəyanatdandır.

QAT hesab edir ki, nəticəsiz müzakirələrin aparılması Ermənistanın maraqlarına uyğundur və işğalçı ölkə son iki il ərzində hər hansı konkret razılaşmanın əldə olunmasını istəmir. Buna görə də Ermənistan həmsədrlərin birbaşa iştirakı ilə danışıqlar görüntüsü yaradır və hadisələr də ona sərf edən ssenari əsasında davam edir: "İndi həmsədrlər tərəfindən Ermənistan hakimiyyətinin gözlənilən seçkilərlə bağlı maraqları önə çəkilir. Qarabağ Azadlıq Təşkilatı həmsədrlərin bu cür yanaşmasını qeyri-obyektiv, ermənipərəst mövqe kimi qiymətləndirir, bu müstəvidə aparılan danışıqların dayandırılmasını, bölgəyə turist səfərlərinə son qoyulmalarını tələb edir"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti