...

Dövlət Komitəsi rəhbəri: "Rəsmi məlumatlara görə, Rusiyada 470 min azərbaycanlı yaşayır"

Siyasət Materials 25 Yanvar 2007 13:24 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin başçısı Arif Vəliyev cümə axşamı 2006-cı ilin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, hazırda Rusiyada yaşayanların sayı rəsmi məlumatlara görə 470 min nəfərdir.

Onun sözlərinə görə, bu məlumat 2002-ci ildə Rusiyada əhalinin siyahıya alınması zamanı əldə edilib.

O bildirib: "Lakin qeyri-rəsmi məlumatlar 2,5-3 mln. nəfər göstərir".

Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan tədqiqata əsasən, hər ay Azərbaycanda hər ailəyə 137 dollar göndərilir.

A.Vəliyev bildirib ki, ölkənin ümummilli gəliri hesablanarkən 470 min nəfərdən təxminən 70 min nəfərinin pul göndərməsini nəzərə alaraq bu daxilolmalar 150 dollar həcmində hesablanır. ÜDG-ə 400 min nəfərdən daxilolmalar həyata keçirilir.

O bildirib: "Bu vətəndaşlar da nəzərə alınmaqla 2007-ci il yanvarın 1-i üçün Azərbaycan əhalisi 8,533 mln nəfər olub, 2005-ci illə müqayisədə artım 1,13 faiz (96 min) təşkil edib".

Xəbər lenti

Xəbər lenti