...

İsa Qəmbər bütün siyasi partiyaları Musavatın mitinqində iştirak etməyə çağırdı

Siyasət Materials 26 Yanvar 2007 13:21 (UTC +04:00)

Yanvarın 26-da Musavat Partiyasının başqanı İsa Qəmbər partiyanın 28 yanvar yürüş - mitinqi ilə bağlı mətbuat-konfransı keçirib. Trend in məlumatına görə, İ.Qəmbər yanvarın 28-də metronun "Həzi Aslanov" stansiyası yaxınlığından başlayaraq Ukrayna meydanınadək keçiriləcək yürüş-mitinqin səbəbləri, təşkilatçılığı, əhəmiyyəti barədə danışıb. O, hökümətin Azərbaycanda enerjidaşıyıcılarının, kommunal xidmətlərin qiymətinin bahalaşmasının bütün xalqın yaşayışına, həyat tərzinə mənfi təsir göstərdiyini, bu qərarın yanlış olduğunu vurğulayıb və bütün vətəndaşları bu qərara etiraz olaraq keçiriləcək yürüş-mitinqdə iştiraka çacırıb.

İ.Qəmbər həmçinin bütün siyasi partiyaları da bu aksiyaya qoşulmağa dəvət edib, bu çağırışını yürüş-mitinqin əhəmiyəti ilə əlaqələndirib: "Bu yurüş-mitinq uzun bir fasilədən sonra ölkədə keçirilən ilk kütləvi etiraz tədbiridir. Bu aksiyada hamının iştirakı yeni bir hərəkatın başlanğıcı ola bilər".

Xəbər lenti

Xəbər lenti