...

AŞPA-nın qış sessiyası başa çatıb

Siyasət Materials 26 Yanvar 2007 19:01 (UTC +04:00)

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başa çatıb. Trend in məlumatına görə, sessiyanın sonuncu iş günündə menecmentlik fəaliyyəti və siyasi qrupların fəaliyyətinə dair müzakirələr aparılıb.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası yanvarın 22-də Strasburqda öz işinə başlamışdı.

Sessiyanın sonuncu günündə Avropa Şurasının baş katibi Terri Devis bağlanış nitqi söyləyib.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası çərçivəsində "Jurnalistlərin həyatına və ifadə azadlığına təhlükələr" adlı məruzə, Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər, Kosovonun gələcək statusuna dair məruzə, enerji resuslarından siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi, dünyada AİDS-lə mübarizə, uşaqlara qarşı bütün növ zorakılığın aradan qaldırılması və digər məsələlər müzakirə olunub.

AŞPA-nın yaz sessiyası 2007-ci ilin aprel ayında keçiriləcək və sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin müzakirə olunacağı gözlənilir.

Sessiyada iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 27-də axşam saatlarında Bakıya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti