...

Bərdənin işıqlandırma sisteminin qurulması başa çatdı

Siyasət Materials 30 Yanvar 2007 18:20 (UTC +04:00)

Regionların sosial - iqtisadi inkişafı dövlət proqramı əsasında Bərdə rayonunun mərkəzində şəhəri işıqlandırma sistemi qurulub. Bu məqsədlə rayonun daxili büdcəsindən 70 min ABŞ dolları vəsait ayrılmışdı. Bərdə rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri İsa Hacıyev Trend in bölgə müxbirinə verdiyi məlumata görə, şəhəri işıqlandırma məqsədilə 175 ədəd elektrik dirəyi alınıb. Elektrik dirəklərindən hər birinin qiyməti 500 dollar olmaqla bərabər onları qurub istifadəyə vermək 600 dollara başa gəlib.

İ.Hacıyev onu da qeyd etdi ki, şəhərin işıqlandırma sisteminin qurulması başa çatsa da, bir sıra problemlər yaranıb. Çünki rayona elektrik enerjisi fasilələrlə verildiyinə görə şəhəri tam işıqlandırmaq mümkün deyil. Artıq bu ilin mart ayında elektrikdə yaranan qısa fasilələr aradan götürüləcək, şəhərin işıqlandırma sistemi də tam bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti