...

AXCP sədri MDİ-nin Bakı ofisinin rəhbəri və ABŞ diplomatı ilə görüş keçirib

Siyasət Materials 31 Yanvar 2007 19:12 (UTC +04:00)

Yanvarın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ABŞ Milli Demokratiya İnstitutu (MDİ) Bakı ofisinin rəhbəri xanım Emi Şultsla görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi durum, AXCP-nin fəaliyyəti, "Azadlıq" blokunun fəaliyyət istiqamətləri və keçirilən kütləvi aksiyalar müzakirə olunub. Söhbət zamanı MDİ-nun iştirakı ilə AXCP-nin yerli təşkilatlarında keçirilən seminarlar və perspektiv iş planları barədə də fikir mübadiləsi aparılıb.

Bu gün AXCP sədri həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi və iqtisadi şöbəsinin rəhbəri xanım Con Plaşnik və siyasi müşavir Rebekka Neflundla da görüş keçirib. Bu görüşdə ölkədəki ictimai-siyasi durum, AXCP ilə ABŞ arasında əməkdaşlıq məsələləri, hazırda AXCP-nin rastlaşdığı bir sıra problemlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti