...

Deputat Həvva Məmmədova: "Yaxşı olar ki, müxalifət partiyaları bir dəfə də Ermənistanın Avropa ölkələrindəki səfirlikləri qarşısında aksiya keçirsinlər"

Siyasət Materials 1 Fevral 2007 19:04 (UTC +04:00)

"Yaxşı olar ki, müxalifət partiyaları bir dəfə də Ermənistanın Avropa ölkələrindəki səfirlikləri qarşısında aksiya keçirsinlər." Trend in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında millət vəkili Həvva Məmmədova deyib.

Onun fikrincə, müxalifət partiyaları Tarif Şurasının son qərarından öz məqsədləri üçün istifadə etmək istəyir.

"Lakin onların bu cəhdləri heç bir nəticə verməyəcək. "Azadlıq" bloku bir aydır ki, insanları küçələrə çıxmağa çağırır. Lakin onların aksiyasında heç 100 nəfər də yox idi. Müsavatın mitinqində isə 200 nəfər iştirak edirdi ki, onlar da partiya rəhbərliyinə daxil olan şəxslərin ailə üzvləri idi. Başqa cür də ola bilməzdi. Xalq müxalifəti deyil, indiki iqtidarı dəstəkləyir. Təklif edirəm ki müxalifət növbəti aksiyalarından birini Ermənistanın Avropa ölkələrindəki səfirliklərindən birinin qarşısında keçirsin və bir dəfə də düşmənə etiraz etsin", -deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti