...

AŞ-nın insan haqları üzrə komissarı Bakıya səfər edəcək

Siyasət Materials 2 Fevral 2007 17:14 (UTC +04:00)
AŞ-nın insan haqları üzrə komissarı Bakıya səfər edəcək

Martın 26-31-də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Xammarberq Bakıya səfər edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycan ombudsmanı Elmira Süleymanova bildirib.

Səfər rəsmi xarakter daşıyır və bu səfər çərçivəsində AŞ komissarı insan haqları sahəsində təşklat qarşısında Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə tanış olacaq. T.Xammarberq Azərbaycan rəhbərliyinin rəsmiləri və insan haqlarının qorunması sahəsində fəaliyyət göstərən QHT nümayəndələri ilə görüşməyi planlaşdırır.

Səfər proqramına həmçinin qaçqın və məcburi köçkünlərin problemləri ilə yaxından tanış olmaq üçün görüş də daxil edilib.

Xəbər lenti

Xəbər lenti