Azərbaycan prezidenti İlham Əliyev Südabə Həsənovanı "Şöhrət" ordeni ilə təltif edib. Bu barədə Trend AzTV-yə istianədən xəbər verir.
Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamda deyilir ki, Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənova Azərbaycanın ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülür.