...

Azərbaycan DİN krminalistləri ştatı əvvəlki kimi qalacaq

Siyasət Materials 7 Fevral 2007 15:20 (UTC +04:00)

Azərbaycan Daxili İşlər Nazirliyinin kriminalistlər ştatı yaxın müddət ərzində sabit olaraq qalacaq və genişləndirilməyəcək. Bu barədə Trend ə Kriminalistika təhiqatları idarəsi rəisi Nurəddin Həsənov bildirib.

1992-ci ildən etibarən Azərbaycanda cinayətkarlığın azalması halı müşahidə edilir, bununla əlaqədar olaraq respublikanın bəzi rayonlarında ştat artırılmasına ehtiyac yoxdur. Azərbaycan DİN-də krminalistika ekspertləri tərəfindən təxminən 18 növ ekspertiza həyata keçirilir. Hər il idarənin bir neçə əməkdaşı yeni krminalistika növlərinin öyrənilməsi üçün Venaya kriminalistika mərkəzində keçirilən treninqlərə göndərilir.

N.Həsənov qeyd edib: "Bizim mütəxəssislər heç vaxt xarici ekspertlərdən geri qalmayıb. Bundan başqa, Azərbaycan kriminalistləri dünya standartlarına malik ən yeni texnika ilə təmin ediliblər".

Xəbər lenti

Xəbər lenti