...

İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni daha sıx birləşdirəcək və regional əməkdaşlığı gücləndirəcək

Siyasət Materials 7 Fevral 2007 20:16 (UTC +04:00)
İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni daha sıx birləşdirəcək və regional əməkdaşlığı gücləndirəcək

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni daha sıx birləşdirəcək və regional əməkdaşlığı gücləndirəcək. Trend xəbər verir ki, bu fikirləri fevralın 7-də prezident İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi üçtərəfli görüşdə səsləndirib.

Dövlət başçısının sözlərinə görə, bu layihənin realizəsi həmçinin regionda sabitlik və sülhü təmin edir və ümumilikdə bizim xalqların iqtisadi maraqlarına cavab verir.

İ.Əliyev üç ölkənin neft-qaz sahəsində uğurlu əməkdaşlığı, xüsusən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrini qeyd edib və vurğulayıb ki, Bakı-Tbilisi-Qars layihəsinin realizəsi qeyri-neft sahəsində əməkdaşlıq istiqamətində konkret addım olacaq. İ.Əliyev həmçinin 2007-ci ildə Azərbaycanın neft və qaz hasilatı və ixracatı həcmini artırmaq niyyətini açıqlayıb.

Türkiyə baş naziri Bakı-Tbilisi-Qars layihəsini "dəmir ipək yolu" adlandırıb. Qeyd olunan üç layihə haqqında danışaraq türkiyəli baş nazir bildirib ki, bu layihələr regionda sabitlik və çiçəklənməyə böyük bəhrəsini verəcək. O qeyd edib ki, Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars layihəsi regional əməkdaşlığın daha bir nümunəsidir.

Xəbər lenti

Xəbər lenti