...

Milli Məclisin deputatları İslam Konfransı Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin 16-cı iclasında iştirak edəcəklər

Siyasət Materials 9 Fevral 2007 19:52 (UTC +04:00)

Fevralın 11-dən 19-dək Malayziyanın Kuala-Lumpur şəhərində səfərdə olacaq Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Cavanşir Paşazadə İslam Konfransı Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin 16-cı iclasında və üç xüsusi daimi komitənin ilk yığıncağında iştirak edəcəklər. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İKT Pİ Şurasının 9-cu sessiyasında Yaxın Şərqdə vəziyyətlə əlaqədar bir sıra məsələlərə baxılacaq, siyasətdə ikili standartın mənfi nəticələri müzakirə ediləcək, enerjidən istifadə üzrə millətlərin hüquq bərabərliyinə dəstək veriləcək, Qərb dövlətləri ilə parlamentlərarası əlaqələrin genişlənməsi istiqamətində tədbirlər müəyyənləşdiriləcək.

Sessiyada demokratiya, insan haqları və Beynəlxalq Humanitar Hüququn təbliği, həmçinin qloballaşma ilə bağlı iqtisadi məsələlərə də diqqət yetiriləcək. Mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı naminə, Qərb ölkələrində islami dəyərlərə obyektiv baxışın formalaşdırılması məqsədi ilə İslam ölkələrində xarici dillərdə televiziya verilişlərinin hazırlanıb Qərbdə yayımlanması istiqamətində fikir mübadiləsi aparılacaq.

Deputatlarımız məsələlərin müzakirəsində Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti