...

Azərbaycanın Rabitə Nazirliyi Tarif Şurasına yeni təkliflər verib

Siyasət Materials 15 Fevral 2007 14:49 (UTC +04:00)
Azərbaycanın Rabitə Nazirliyi Tarif Şurasına yeni təkliflər verib

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına yeni təkliflər paketi təqdim edib. Trend xəbər verir ki, bu barədə cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Xəzər inteqrasiya və işgüzar klubunun görüşündə bildirib.

Onun sözlərinə görə, bu gün telekommunikasiya xidmətlərinin müxtəlif növləri inkişaf edib və bu xidmətlərin maya dəyəri və tarifləri arasında nə isə bir disbalans var.

"Bu məsələnin həlli üçün yeni təkliflər hazırlanıb. Əsas məqsəd abunə haqqının artırılmasıdır. Əhalinin aztəminatlı təbəqələrini diqqətə alaraq, 450 dəqiqəlik pulsuz limit daxil ediləcək", - deyə o bildirib.

O qeyd edib ki, beynəlxalq və şəhərlərarası danışıqlar üçün tariflərin azaldılması nəzərdə tutulub.

"Mən bunu tariflərin artırılması kimi deyil, yüksəldilməsi kimi qiymətləndirirəm", - deyə nazir qeyd edib.

Yeni tariflərin tətbiq olunmasına gəlincə, nazir Şuranın təkliflərə artıq mart ayında baxacağını istisna etməyib.

Bu gün Azərbaycanda hər stasionar telefonun maya dəyəri 3 manat məbləğində qiymətləndirilir, aylıq abunə haqqı isə təxminən 70 qəpik həcmində müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti