...

"Vətəndaş cəmiyyəti və Avropa dəyərləri" mövzusu içtimai müzakirəyə çıxarılıb

Siyasət Materials 16 Fevral 2007 15:57 (UTC +04:00)

Demokratik islahatlar partiyasının təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında "Vətandaş cəmiyyəti və Avropa dəyərləri" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə toplantıda Beynəlxalq Avropa hərəkatının baş katibi Henrik Kroner, millət vəkilləri, QHT rəhbərləri iştirak ediblər.

VİP sədri, millət vəkili Asim Mollazadə Azərbaycanın Avropa strukturları və ölkələri ilə əlaqələrini genişləndirdiyini, ölkəmizin özünü Avropanın bir hissəsi kimi tanıtdığını qeyd edib. Lakin buna baxmayaraq bəzi Avropa ölkələri və təşkilatlarının Azərbaycanın ərazi bütövlüyünü pozulması faktoruna laqeyd münasibət göstərdiyini vurğulayıb. A.Mollazadə əlavə edib ki, Avropanın elə bir ölkəsi yoxdur ki, orada Azərbaycandakı kimi 100 minlərlə qaçqın və məcburi köçkün olsun.

Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kroner bu qurumun yaranma məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib, Avropa Birliyinin və Avropa İnsan Haqları Məhkəməsinin yaranmasında həledici rol oynadığını deyib. H.Kroner Avropa dəyərlərindən danışarkən azadlıq və məsuliyyət prinsiplərinin bir-birinə bağlılığını izah edib.

Millət vəkili Azay Quliyev Azərbaycanın avroatlantik məkana inteqrasiyasını cəmiyyətimizin əsas prioritetği olduğunu, ölkəmizin öz gələcəyini Avropa ilə bağladığını vurğulayıb. O əlavə edib ki, bu günki sivill Avropa Azərbaycanda törədilmiş Xocalı soyqırımını, yuz minlərlə qaçqan və köçkünümüzün olduğunu bilməlidi.

Tədbirdə iştirak edən bir sıra GHT rəhbərləri 1988-ci ildə Ermənistandan 500 mindən çox Azərbaycanlının deportasiya edildiyini, 520 -dən çox adamın qətlə yetirildiyini, azərbaycanlıların dəfələrlə ermənilər tərəfindən soyqırama məruz qaldığını və Azərbaycanın digər problemlərini H.Kronerin diqqətinə çatdırdılar.

Xəbər lenti

Xəbər lenti