Azərbaycan, Bakı/müxbir Trend S.Ağayeva/ Bu il Azərbaycanın 2444 ümumtəhsil məktəbi 9 min kompüter əldə edəcək. Kompüterlər məktəblərə "Ümumtəhsil məktəblərin informasiya-siyasi texnologiyaları ilə təmin olunması dövlət proqramı" çərçivəsində təqdim olunacaq. Bu barədə təhsil nazirliyindən məlumat verilib. Dövlət proqramı çərçivəsində 10 min müəllim üçün treninqlərin keçirilməsi planlaşdırılıb. Proqramın həyata keçirilməsi məsələləri nazirlikdə müşavirədə müzakirə edilib. Müşavirədə bu sahədə problemlər, həmçinin internetə çıxış da müzakirə olunub. Azərbaycanın təhsil naziri yeni dövlət proqramı layihəsinin hazırlanmasının zəruriliyini qeyd edib. Belə ki, hazırkı proqram bu il başa çatır. Nazir artıq 2008-2012-ci illəri əhatə edəcək "Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması dövlət proqramı" layihəsinin hazırlanmasına aid əmr imzalayıb.