...

Avstraliya və Yeni Zellandiyada Xocalı soyqırımının ildönümünə həsr olunmuş təbirlər keçiriləcək

Siyasət Materials 22 Fevral 2007 14:58 (UTC +04:00)
Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Fevralın 25-də "Azəri" Yeni Zellandiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən bu ölkədəki Azərbaycan icması və türkdilli xalqların diaspor təşkilatlarının, yerli ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbirdə iştirakçılara Xocalı soyqırımı haqqında ətraflı məlumat veriləcək, faciəni əks etdirən şəkillər və video yazılar nümayiş etdiriləcək. Mərasimdə yerli ictimaiyyətə və ölkə rəhbərliyinə bu hadisələrə düzgün qiymət verilməsi tələbiylə müraciət qəbul edilməsi nəzərdə tutulub. Tədbirin sonunda iştirakçılara Cəmiyyət tərəfindən hazırlanan və Xocalı soyqırımı haqqında həqiqətləri əks etdirən kitabçalar paylanılacaq. Avstraliya Azərbaycanlıları Cəmiyyəti tərəfindən də Sidney şəhərində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı tədbir keçiriləcək. Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və Xocalı soyqırımı haqqında ətraflı məlumat verilməsi, həmçinin erməni vəhşiliyini əsk etdirən şəkil və video yazıların təqdim olunması nəzərdə tutulub.
Xəbər lenti

Xəbər lenti