...

MDB ölkələrinin QK bazarının peşəkar iştirakçılarının fəaliyyəti IOSCO - nun prinsiplərinə uyğunlaşdırılacaq

Siyasət Materials 22 Fevral 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. İ.Xəlilova / Moskvada MDB qiymətli kağızlar bazarlarının tənzimləyici dövlət orqanları başçıları Şurasının dördüncü toplantısı keçirilib. Azərbaycan prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət komitəsinin məlumatında qeyd olunub ki, bu tədbirdə Azərbaycan tərəfdən DQKK sədri Gündüz Məmmədov və Dövlət komitəsinin qeydiyyat şöbəsinin direktoru Elnur Allahverdiyev iştirak edib.

Görüşdə müxtəlif ölkələrin emitentləri ilə informasiyanın açılmasının müqayisəli analizi aparılıb. Rusiya, Qazaxıstan, Ukrayna, Belarusun tənzimləyici orqan rəhbərləri ilə yanaşı, görüşdə həmçinin DQKK-nin başçısı G.Məmmədov da çıxış edib. O, iştirakçılara AR fond bazarının inkişafı və mövcud vəziyyət haqqında məlumat verib.

İclasda qeyd olunub ki, MDB dövlətlərinin qanunvericiliyində qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına qarşı tələblər özünəməxsusluğu ilə fərqlənir. Ölkələrin qanunvericiliklərində uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq qrafikin tərtib olunması haqqında qərar qəbul olunub. Gələcəkdə qrafik Qiymətli kağızlar üzrə komissiyaların Beynəlxalq təşkilatının (IOSCO) prinsipləri əsasında peşəkar iştirakçıların fəaliyyətini tənzimləyən standartların hazırlanması zamanı köməkçi rol oynayacaq. RF -nin maliyyə bazarları üzrə Federal xidməti bu işi iyuna qədər başa çatdırmaq niyyətindədir.

İclasın yekunu üzrə Ukraynanın Fond bazarları və qiymətli kağızlar üzrə Dövlət komissiyasının üzvü Vladimir Xaritskiy Şuranın yeni sədri təyin olunub. Şuranın növbəti iclası 2007-ci ilin iyun ayında Kiyevdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti