...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi enerji daşıyıcılarına olan qiymətlərin yenidən artırılması şayiələrini təkzib edib

Siyasət Materials 22 Fevral 2007 19:54 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi enerji daşıyıcılarına olan qiymətlərin yenidən artırılması şayiələrini təkzib edib

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi enerji daşıyıcılarının qiymətinin martın 1-dən etibarən bir manatadək artırılması ilə bağlı şayiələri təkzib edib (o cümlədən, avtomobil benzini).

"Avtomobil benzininə qiymətlərin yenidən artırılması şayiədən başqa bir şey deyil". Bu barədə Qazaxıstanda Trend in xüsusi müxbirinə Astanada səfərdə olan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, bunu qiymət artmı adlandırmaq doğru deyil.

"Azərbaycanda energetika sahəsində böyük islahatlar aparılır. Qiymət artımında əsas pinsip sahibkar subyektləri tərəfindən çəkilən xərclərin ödənilməsidir", deyə o, bildirib.

Nazir müavini hesab edir ki, enerji istehsalçı şirkətlərinin real xərclərinə əsasən müəyyənləşdirilmiş qiymətlərin hazırkı səviyyəsi Azərbaycanda bu sahədə özəl investisiyaların iştirakı üçün əlverişli şərait yaradır. Nazir müavini bunu indiki şəraitin yerli və xarici biznesmenlər üçün investisiyalarını energetika sahəsinə qoymaq üçün əlverişli olduğu ilə izah edir.

Tariflər səviyyəsi müəyyən edilərkən sahibkar subyektləri tərəfindən təqdim olunmuş iqtisadi göstəricilər nəzərə alınır.

"Azərbaycanda enerji daşıyıclarının qiymətlərinə 1997-ci ildən baxılmır və bu vaxt ərzində iqtisadiyyatın həm daxili, həm də daxili amilləri dəyişib. İstənilən dövlətdə qiymət artımı qəbul olunan məşhur addımdır", M.Cabbarov hesab edir.

Xəbər lenti

Xəbər lenti