...

Sərdar Cəlaloğlu keçmiş ADP-çilər barəsində Nərimanov rayon məhkəməsinə şikayət verib

Siyasət Materials 22 Fevral 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ ADP-nin 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu partiyanın Ali Məclisinin adından çıxarılmış qərarların qanunsuz olduğunun müəyyən edilməsinə dair Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Bu barədə ADP-dən məlumat verilib.

Müraciətdə ADP Ali Məclisinin 27 yanvar 2007-ci il tarixli iclası və onun qərarlarının qanuni olduğu bildirilib. A.Quliyev, A.Şahbazov, Z.Dünyamalıyeva, A.Əhmədov və başqalarının 18 fevral 2007-ci il tarixli toplantısının, orada ADP Ali Məclisi adından qəbul etdikləri qərarların qanunsuz olduğu qeyd edilib. Müraciətdə məhkəmədən adları çəkilən keçmiş partiya üzvlərinin 18 fevral tarixli toplantılarının qanunsuz olmasına dair qətnamə qəbul olunması xahiş edilir.

Xəbər lenti

Xəbər lenti