...

Bakıda Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyaların görüşü başlayıb

Siyasət Materials 6 Mart 2007 11:39 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Bakıda Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyaların görüşü başlayıb. 12 nəfərdən ibarət Gürcüstan hökumətlərarası komissiyasına Gürcüstan xarici işlər nazirinin müavini Georgi Manceqaladze rəhbərlik edir. Nümayəndə heyətinə həmçinin milli sərhədyanı polis rəhbəri, Gürcüstan xarici işlər nazirinin müavini Badri Bitsadze də daxil olub.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.

Tərəflər Azərbaycan və Gürcüstan sərhədləri boyu 470 km. uzunluqda ərazinin delimitasiyası məsələlərini müzakirə edəcək. Hazırda bütün ərazinin 210 kilometri razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti